Yuxarı Axtaçı (əvvəlki adları: Axtaçı Şaumyan; Axtaçı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Kür çayının qırağında yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi, 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxarı Axtaçı kəndi adlandırılmışdır.
Əhalisi Əhalisi 302 nəfərdir.
İstinadlar
Kateqoriya:Sabirabad rayonunun kəndləri