Dərəkənd — Azərbaycan Respublikasının Qobustan rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd dağətəyi ərazidədir. Keçmiş adı Mərəzəli Dərəkənd olmuşdur. Yaşayış məntəqəsi keçmiş Mərəzə (indiki Nəriman kəndi) kəndindən köçmüş ailələrin Zəngidərə çayının (Pirsaat çayının qolu) dərəsində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir.

Tarixi Kəndin XIX əsrdə salınması haqqında məlumat var.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 426 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qobustan rayonunun kəndləri Kateqoriya:Dərəkənd (Qobustan) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri