Vov — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 334 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Yerli tələffüz forması Vov şəklindədir. Kənd ərazisindəki müalicə əhəmiyyətli mineral bulağın adı ilə adlanmışdır. Bu oykonim talış dilindəki vo (yel xəstəliyi) və ov (su) sözlərinin birləşməsindən əmələ gəlib, “yel suyu” mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
Kəndin ətrafı sıx meşə və kol-kos örtuyü ilə örtülmüşduş. Bununla yanaşı meşələrində bir sıra vəhşi heyvan və quş növlərinə rast gəlinməkdədir. Yerli əhalinin əsas məşquliyəti əkinçilik, maldarlıq kimi kiçik təsarufatlarnan məşğul olmalarıdır.
Kənd əhalisi çox mehriban, səmimi və qonaqpərvərdir. Bu fikirlər VOV KƏNDİNƏ qonaq gəlib gedən şəxslər söyləməkdədir.
Həmçinin bax Rvarud Orand Nücü Təngəbin
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri