Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır. 3 iyul 1998-ci il tarixli 518-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati-ərazi vahidi Dəyirmanlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Toponimikası Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır.
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri