2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsi tərkibindəki 2 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 2 №-li Mayak kəndi adlandırılmışdır.

Toponimikası Yaşayış məntəqəsi 2 №-li Mayak vətəgəsi yanında salındığına görə belə adlandırılmışdır.

Tarixi Kənd 1 sentyabr 2004-cü ilə qədər qəsəbə statusu daşımışdır.

Coğrafiyası və iqlimi Kənd düzənlikdə yerləşir.

Təhsil Kənddə Mahir Sadıqov adına 1 saylı orta ümumtəhsil məktəbi və Asif Səlimov adına 2 saylı ümumtəhsil məktəbi yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Neftçala rayonunun kəndləri