Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun Ərus kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.67 2. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir. Həmin tayfanın adı qıpçaqların arasında orus (uruz) Şəklində çəkilir. Tədqiqatçılar Dədə Qorqud dastanlarının baş qəhrəmanlarından biri olan Aruz qocanı ərus tayfasından hesab edirlər.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.266

24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür.Azərbaycanın füsunkar təbiəti... milli.az

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri