Honuba — Azərbaycan Respublikasının Yardımlı rayonunun Honuba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Honuba kəndi Porsova kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Honuba kənd Soveti yaradılmışdır. thumb|300x300px|Hunuba kəndində dəryazla ot biçən kəndli.
Toponimikası Oykonim talış dilindəki honu (bulaq) və uba (Azərbaycan dilindən həmin dilə keçmiş oba sözünun fonetik şəkli) sözlərindən ibarət olub, "bulaq yaxınlığındakı oba" mənasındadır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yardımlı rayonunun kəndləri