Varxan — Azərbaycan Respublikasının Saatlı rayonunun Varxan kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 2143 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Toponimikası Kənd 1944-cü ildə qanunsuz olaraq Axalsixi rayonundan (Gürcüstan) Özbəkistana sürgün edilmiş, sonralar isə Azərbaycana qayıtmış bir qrup türk ailəsinin məskunlaşması nəticəsində 1959-cu ildə yaranmışdır. Varxan onların köçürülməzdən əvvəl Axaltsixidəki kəndlərinin adı olmuşdur. Orta Asiyada Qoşqar əyalətində də qəd. türklərə aid Varxan qalası vardır. Oykonim var/bar (əşya, əmlak) və xan (titul) komponentlərindən düzəlib, "xanın əmlakı, varidatı" mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007.
Həmçinin bax Saatlı rayonu
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri