Kolluqışlaq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd.
Kolluqışlaq kəndi dağətəyi ərazidədir. Əvvəllər burada Pirdavudan kəndinin (İrəvan quberniyası) qışlağı olmuşdur. Qışlaq kollu–koslu olduğu üçün belə adlandırılmışdır. Sonralar burada salınmış kənd də həmin adı almışdır.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri