Göyəmtala — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Balakən çayının sahilindədir. Oykonim göyəm (bitki növü) və tala (ətrafa nisbətən fərqli sahə) komponentlərindən düzəlib. Kənd göyəm ağacları olan talada salındığı üçün belə adlandırılmışdır. Tovuz r-nunda Göyəmli tala yer adı qeydə alınmışdırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.296 . 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
İstinadlar
Xarici keçidlər Balakən Rayonu http://www.azstat.org/region/az/005_1.shtml Balakən Rayonu
Kateqoriya:Balakən rayonunun kəndləri