Kebeloba — Azərbaycan Respublikasının Zaqatala rayonunun Kebeloba kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kebeloba kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, təqr. XVI–XVII əsrlərdə Dağıstanın Kabal kəndindən köçüb gəlmiş kabal (kebel) nəslinə mənsub ailələr Zaqatala rayonunun Car kəndində məskunlaşmış, Kebeloba kəndinin ərazisi isə onların müvəqqəti binə yeri olmuşdur. Sonralar isə kebellər burada daimi məskunlaşmış, kəndə də bu adı vermışdilər. Oykonim "kebellərin obası" mənasındadır.

Əhalisi Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

İstinadlar

Kateqoriya:Zaqatala rayonunun kəndləri