Leyti — Azərbaycan Respublikasının Şabran rayonunun Gəndov kənd inzibati ərazi dairəsində kənd. Bakı–Quba yolunun 132 kilometrliyində, Gəndov kəndindən 6 km qərbdə Lətərsən dağının döşündə yerləşir. Şimaldan Pirəmsən, cənubdan Ləcədi kəndi ilə həmsərhəddir. Kənddə 1 ibtidai məktəb var. Kəndin tarixi çox qədimdir Bunu kəndin şimal və cənubunda yerləşən qəbiristanlıqlar sübut edir. Buradakı məzarlar üzərində ərəbcə yazılan yazıları oxumaq üçün xüsusi mütəxəssislər lazımdır. "Leyti" sözünün etimologiyası məlum deyil.
Əhalisi Kənddə 140 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.
İstinadlar
Kateqoriya:Şabran rayonunun kəndləri