Marzəsə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Marz talış dilində "çəltik əkilən ərazidə sərhəd" (mərz), "a" birləşdirici sait, sə (sər) isə "baş" deməkdir.Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Əhalisi 11 aprel 2013-cü il tarixində rayonun rəsmi icra orqanının təqdim etdiyi məlumatlara əsasən Siyaku kənd inzibati-ərazi dairəsinə daxil olan Marzəsə kəndində 513 nəfər əhali yaşayır.Astara rayon İcra Hakimiyyəti : Xəbərlər : Marzəsə kəndində əhali ilə səmimi və işgüzar görüş.

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri