Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır.

Tarixi

Əhalisi Əhalisi 403 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Toponimikası VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı, "Nafta-Press", 2004

Şahbuz r-nunun Sələsuz i.ə.v.-də kənd. Dağətəyi ərazidə, Naxçıvan çayı ilə onun qolu olan Sələsüz çayının qovuşduğu yerdədir. Oykonimin əsli Tirkeşdir. 2003-cü ildən kəndin adı Türkeş kimi rəsmiləşdirilmişdir. R-nun ərazisindən Tirkeş adlı çay da axır. Mənbələrdə ili və İrtış çayları arasında (Sibir ərazisində) erkən orta əsrlərdə türkdilli qəd. tirkeş (türkəş) adlı tayfanın yaşaması haqqmda məlumat var. VII-VIII əsrlərdə türkəşlər tulu/dulu tayfa ittifaqına daxil idilər. 704-cü ildə Qərbi Türk xaqanlığına son qoyan türkəşlər öz dövlətlərini yaratmışdılar. VIII əsrdə uy¬ğurlar və karluldar tirkeşləri məğlub etdilər. Müasir başqırd və tatarlar arasında türkəş (türgəş) tayfası qeydə alınmışdır. Dağlıq Altayda tirkəş adlı etnoqrafik qrup var. Təd¬qiqatçılar IX-X əsr ərəb mənbələrinə əsaslanaraq belə güman edirlər ki, Qəbələ mahalında yerləşən xəzərlərin tərkibində tirkeşlər də olmuşdur. Mahmud Qaşqarlının “Divanu- lüğat-it-türk” əsərində tirkeş sözünün "iki çayın qovuşduğu yer" mənası olduğu göstərilir. Qeyd etmək lazımdır ki, Tirkeş adı ilə bağlı olan coğrafi obyektlərin demək olar ki, hamısı iki çayın qovuşduğu yerdə və ya iki çayın arasında yerləşir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Tarixi abidələri Türkeş nekropolu

İstinadlar

Həmçinin bax Türkeş qəbiristanlığı Sələsüz

Kateqoriya:Şahbuz rayonunun kəndləri