Ləkətağ — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.
Kənd Əlincə çayının sahilində yerləşir. thumb|300px|Ləkətağ kəndinin yolu
Tarix və etimologiyası Tədqiqatçıların ehtimalına görə kəndin adı Azərbaycan ərazisində yaşamış qədim tayfalardan biri olan lək tayfalarının adı və "yer", "məkan", "qol", "hissə" anlayışını bildirən "tağ" sözünün birləşməsindən əmələ gəlmişdir. Mənbələrə görə XIII əsrdə İrana köçmüş lək tayfası uzun müddət orada yaşadıqdan sonra XIX əsrin əvvəllərində bir hissəsi İrandan Culfaya gəlmiş, orada məskunlaşmışlar. Əsas məşğuliyyətləri maldarlıq və heyvandarlıq olan ləklər sonralar oturaqlaşaraq bir neçə yaşayış məntəqəsinin əsasını qoymuşlar.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
Əhalisi Əhalisi 459 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010
Tanınmış Şəxsləri
Babək Əliyev
Mədəniyyət Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgi vardır.Ləkətağ kəndində xalq yaradıcılığı günü: [Culfa rayonunda] //İki sahil.- 2015.- 2 sentyabr.- S.7.
Həmçinin bax Ləkətağ dağı Ləkətağ körpüsü Ləkətağ nekropolu
İstinadlar
Kateqoriya:Culfa rayonunun kəndləri