() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Xoş ətirli, gözəl görunuşlü nərgizin Şimal ölkələrində öz — özünə yetişən 40 növü vardır.
Ana vətəni Avropa olan bu bitkiyə İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində də bitir. Avropa, Şimali Amerika və Şimali Afrika ölkələrində yetişdirilir.
Narcissus Poeticus növü Türkiyədə Egey bölgəsində yetişdirilir. Yarpaqları və çiçək sapları eyni olsa da, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar.
Əhəmiyyəti Gözəlliyi və ətirli olması ilə çox sevilən bu çiçəklər həm də müalicəvi əhəmiyyətə malikdir. Dərman məqsədilə onun soğanaqlarından istifadə olunur. Nərgizgülü soğanaqlqrından hazırlanan duru ekstrakt heyvanlar üzərində təcrübədən keçirilmiş və onun çovdar mahmızı preparatlarına oxşar qankəsici təsirə malik olduğu müəyyənləşdirilmişdir. Yalançı nərgizgülünün çiçəklərində likorin adlı zəhərli alkoloid, karotin, flavonoid təbiətli narsissin qlikozoidi müəyyən edilmlşdir.
Taset nərgizgülündə tasetin və supsenin alkoloidləri, sairi nərgizgülündə narsin-poetik alkoloidi müəyyən edilmişdir. Çiçəkləri isə xalq təbabətində işlədilir.
Sinonimləri
Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası Kateqoriya:Amarilliskimilər Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Dərman bitkiləri