Xanəgah — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs hesab edilən qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad olan Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs hesab edilən yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandırAzərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.338.. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Toponimikası Burovar silsiləsinin yamacındadır; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri