Şıxlar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Şıxlar oyk., sadə. Ağdam rayonunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII–XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur; Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qax r-nunun Almalı i.ə.v.-də kənd. Meşəlikdədir; Masallı r-nunun Qodman i.ə.v.-də kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nu- nun Ulacalı i.ə.v.-də kənd. Muğan düzündədir. Kənddə Soltan Hacı Bəkdaşinin oğlu Baba Samitin türbəsi (1585-ci ildə tikilmiş və şeyxlərin ibadət yeri olmuşdur) var. Kənd bu türbə və onun ətrafındakı şeyx qəbirləri ilə əlaqədar olaraq belə adlandırılmışdır; Şamaxı r-nunun Xilmilli i.ə.v.-də kənd. Çigilçay və Qozluçaym arasında, dağətəyi ərazidədir. Kənd Şirvan şeyxlərinə məxsus olduğuna görə belə adlandırılmışdır; Yardımlı r-nunun Bərcan i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Oykonimin əsli Şeyxlər olub, həmin kəndlərdəki xanəgah, pir, türbə, şeyxlərə məxsus tikililər, qəbirlər, sərdabalarla bağlıdır. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasmdadır. Keçən əsrdə Krımda Şeyxlər adlı yaşayış məntəqəsi qeydə alınmışdı.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 517 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri