Məhərrəmli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Ərəb Qubalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Məhərrəmli kəndi şimaldan baş şirvan kallektoru, qərbdən girdiman cayı, cənubdan isə kur üstü kəndləri ilə əhatə olunmuşdur. Şərqdə Ərəbqubalı kənd nümayəndəliyi yerləşir. 1950-ci illərə qədər Məhərrəmli kəndi 3 cayın birləşdiyi yerdə kiçik quru sahədə yerləşib. Caylar ağsu cayı,girdiman cayı və qarasu cayı. Qobu deyilən dərə ilə axıb kecərmiş. Hal–hazırda həmin caylar süni yollarla birləşdirilib kür cayına tökülür. Deylənlərə görə 1950 ci illərə qədər kəndin ətrafı ceyran, qaban, turac, bildircin, və sularda bir cox balıq növü olub. Kəndin ətrafı bütün qamışlıq olub. Məhərrəmli oyk. Şirvan düzündədir. Keçmiş adı Mola Məhərrəmli olmuşdur. Çox güman ki, Mola Məhərrəm yaşayış məntəqəsinin əsasını qoymuş nəslin başçısı olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 854 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əsasən həyətyanı və pay torpaqları vasitəsilə əkinçilik təşkil edir. Həyətyanı sahələrin əsasını nar bağları təşkil edir. Pay toypaqlarında isə taxılçılıq və yemçilik təşkil edir. Son illədə pambıqcılıq da inkişaf etməkdədir. Maldarlıq sahəsi üzrə də məşğuliyyət vardır. İri və xırda buynuzlu malqara üsünlük təşkil edir.

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri