Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir.

Məzmun Hərbi kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Bakıda cərəyan edir.

Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Film haqqında Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi. Hərbi hospital səhnəsi də məhz orada tarixin yaddaşına köçürülüb. Cəbiş müəllimin eksperimenti üçün atın quyruğunu kəsdikləri səhnə “Sovetski” məhəlləsində Mustafa Sübhü küçəsində çəkilib. Cəbiş müəllimin gəzişməsi, gəmi fiti, uşaqları həmin yerlərlə tanış etməsi “Qaraşəhər”də lentə alınıb. Nəcəfovun cəbhəyə getdiyi vağzal səhnəsi indiki “Sədərək” bazarının yanındakı Buta qəsəbəsində lentə alənıb.

Festival və mükafat 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir.

Rollarda Süleyman Ələsgərov — Cəbiş Şəfiqə Məmmədova — Cəbişin xanımı Muxtar Maniyev — Nəcəfov Səfurə İbrahimova — Nəcəfovun xanımı Ziya Seyidbəyli — Namiq Nəsibə Zeynalova — Suğra xala Əliağa Ağayev — Əbülfəz Aqil Ağacanov — Makedon Svetlana Morşinina — Tanya Cahangir Novruzov — Rəsulov Fazil Salayev — Mıqqı Məryəm Seyidbəyli — Şəfiqə Hamlet Xanızadə — Kapitan Kamil Qubuşov — Müəllim Cabbar Əliyev — Müəllim Məmmədrza Şeyxzamanov — Poçtalyon Sona Aslanova — Ana Ş. Bağırova Süsən Məcidova — Makedonun anası Məmməd Sadıqov — Səngər qazan Tələt Rəhmanov Eldəniz Zeynalov — Qulam Sofya Bəsirzadə — Həkim Ağahüseyn Cavadov — Neft satan Vladimir Otradinski — Qaçqın Qriqori Sorin - qaçqın Aleksandr Yakovlev - qaçqın Nina Sarnatskaya — Qaçqın qadın Vera Şirye — Həkim Əliheydər Həsənzadə — Tanyanı gətirən İ. Şaqulina Mehdi Seyidbəyli — Cəbişin oğlu Sədaqət Zülfüqarova Əli Xəlilov — Məhəllə sakini Bahadur Əliyev — Alverçi Bikəxanım Rzazadə - Məhəllə sakini İsmayıl İsayev - bazardakı adam Məcid Abdullayev - bazardakı adam Sadıq Həsənzadə - vağzaldakı əsgər Məmməd Qurbanov - bazardakı adam

Filmi səsləndirənlər: Həsən Turabov — Əsgər (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev — Qaçqın (Qriqori Sorin)(titrlərdə yoxdur) Dadaş Kazımov — Qaçqın (Vladimir Otradinski)(titrlərdə yoxdur) Amaliya Pənahova — Tanya (Svetlana Morşinina)(titrlərdə yoxdur) Bahadur Əliyev — Əsgər (titrlərdə yoxdur) Pərviz Bağırov — Namiq (Ziya Seyidbəyli )(titrlərdə yoxdur) Tofiq Məmmədov - qaçqın (Aleksandr Yakovlev)(titrlərdə yoxdur)

İstinadlar

Mənbə

Əlavə ədəbiyyat

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Kateqoriya:1969-cu ilin filmləri Kateqoriya:1969-cu ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Müəllimlər haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Həsən Seyidbəylinin filmləri