Qarahəsənli — Azərbaycanın Şərur rayonunda kənd.
Ümumi məlumat Eyniadlı bələdiyyənin mərkəzi.Rayon mərkəzindən 10 kilometr aralı, Arpaçayın Araza töküldüyü yerdədir.Orta məktəb,mədəniyyət evi feldşer-mama məntəqəsi var.Araza yaxın yerdə əhalini su ilə təmin edən nasos stansiyası qurulmuşdur.Naxçıvan ensiklopediyası.II cilddə.I cild.Naxçıvan.2005.
Tarixi SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdirMəmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 72. . Toponimikası Şərur rayonunun Dərvişlər i.ə.v. də kənd . Düzənlikdədir. Kəndin adı yerli əhalinin dilində Qarasannı kimi tələfüz edilir.Oykonim etnotoponim hesab edilir. Keçən əsrin 40 cı illərində Krım vilayətində Karasan adlı 3 yaşayış məntəqəsi qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007. Əhalisi və məşğuliyyəti Əhalisi 907 nəfərdir.(2009 - cu il)Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhali Heyvandarlıq,yemçilik,əkinçilik,taxılçılıq,bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Təhsil Kənddə məktəb binası 1971-ci ildə tikilmişdirMəmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 82. ..
İnfrastruktur 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Tanınmış şəxsləri Kərim Kərimov — Azərbaycanın Milli Qəhrəmanı.
İstinadlar
Kateqoriya:Şərur rayonunun kəndləri