Yevgeni Nikolayeviç Ptiçkin (rus.: Евгений Николаевич Птичкин) — rus bəstəkarı, RSFSR-in əməkdar incəsənət xadimi (1978), RSFSR-in xalq artisti (1988)Птичкин Евгений Николаевич - биография.
Həyatı
Yevgeni Ptiçkin 1 iyun 1930-cu ildə Moskvada anadan olmuşdur. 1957-ci ildə Musiqili-pedaqoji institutunun kompozisiya sinfini bitirmişdir.
Bir vaxtlar səs rejissoru çalışan Y. Ptiçkin sonralar peşəkar bəstəkara çevrilir. 1960-cı illərin əvvəllərindən kinoda çalışmışdır. Ona ən böyük şöhrəti 1970-ci ildə çəkilmiş "Mənim küçəm" filminə yazdığı mahnı gətirmişdir.
Yevgeni Nikolayeviç Ptiçkinin musiqiləri 70-dən artıq bədii və animasiya filmlərində səslənmişdir. Bu mahnıları məşhur müğənnilər – Anna German, İosif Kobzon, Mayya Kristalinskaya, Lüdmila Qurçenko ifa etmişlər.
Bəstəkar Yevgeni Nikolayeviç Ptiçkin 28 noyabr 1993-cü ildə doğulduğu Moskva şəhərində vəfat etmişdir.
Filmoqrafiya
İki kapitan (teleserial, 1976) Kolya, Olya və Arximed (cizgi filmi, 1972)
İstinadlar
Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Rusiya film bəstəkarları Kateqoriya:Rus bəstəkarlar Kateqoriya:Operetta bəstəkarları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ bəstəkarları