Badamlı (əvvəlki adı: Badamlısu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qəsəbə. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kənd inzibati ərazi dairəsi tərkibindəki Badamlısu qəsəbəsi Badamlı qəsəbəsi adlandırılmışdır.

Tarixi 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.

İstinadlar

Həmçinin bax "Badamlı" mineral bulaqları

Kateqoriya:Şahbuz rayonunun qəsəbələri