Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Toponimikası Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır.

Tarixi

Tarixi abidələri Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993741971772009↗407↗211↗196

İqtisadiyyatı

Mədəniyyəti Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir.

Təhsil Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir.

56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır.

Din Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun qəsəbələri Kateqoriya:Daşkəsən (qəsəbə, Daşkəsən) qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri