və ya naqqakimilər () — aləminin tipinin sinfinə aid heyvan dəstəsi.

Çəkikimilərə qohum olan sümüklü, pulcuqsuz balıqlardır.

Uzunluğu 5 m-ə, kütləsi 300 kq-a qədər olur. Çənələrində dişləri, burnunda adətən bir neçə cüt bığcığı var. Döş və bel üzgəclərində əksərən tikan şüa olur. Bəzi naxalarda dəri dişlərinə də təsadüf edilir. Çox geniş yayılmış naxayabənzərlər, əsasən şirin su balıqlarıdır.

Naxaların boyu müxtəlifdir. Adi naxanın uzunluğu 5 m, kütləsi 300 kq-a çatdığı halda, xallı naxanın uzunluğu 6 sm-dən çox deyil.

Naxalar zəif üzür. Ona görə də qidanın tutulmasında lamisə orqanı olan bığcıqların rolu böyükdür. Boylarına nisbətə məhsuldarlıq azdır ki, bu həm də kürü dənələrinin iriliyi ilə əlaqədardır. Bunların arasında nəsil qayğısına qalanlar da var. Bu balıqlar əksəriyyəti yırtıcı və ya bentos yeyəndir. Naxalar mühüm vətəgə balıqlarıdır. 300 fəsiləni və 1200 növü birləşdirən böyük dəstədir.

Naxakimilər fəsiləsi Xəzər hövzəsində də mövcuddur.Abbasov H. S, Hacıyev R. V. İxtiologiya. Bakı,2007, səh 259

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cənubi Amerika balıqları Kateqoriya:Afrika balıqları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1816-cı ildə təsvir edilən taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Sənaye balığı