Məzmun Burada İkinci Dünya müharibəsi illəri uşaqlarının fərəhsiz həyatından, mənasız keçən günlərindən, xeyirxah adamların saf və ülvi mənəviyyatından bəhs edilir.
Filmdəki hadisələr Azərbaycanın uzaq kəndlərinin birində cərəyan edir. Burada Qulam baba (Məmmədrza Şeyxzamanov) və onun ətrafında toplaşan kənd uşaqlarının başlarına gələn əhvalatlardan danışılır. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş müdrik qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan Qulam baba uşaq və qadınlara, həmyerlilərinə dayaq olur.
Kinolentdə oğurlanmış uşaqlıq haqqında söhbət gedir. Müharibə uşaqların həyatına müdaxilə etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi fəlakətlər-bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir.
Film haqqında Film yazıçı Əkrəm Əylislinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir.
Səhv Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayev səhvən Rafiq Babayev kimi göstərilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Əkrəm Əylisli Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Paşa İbrahimov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Qrim rəssamı: V.Bereznyakov Montaj edən: A.Filimonova Rejissor assistenti: Cəfər Əsədov, Malik Əlicanov Operator assistenti: Sərdar Vəliyev Rəssam assistenti: T.Məlikzadə Dirijor: Nazim Rzayev Redaktor: Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə
Rollarda Sevinc İsmayılova — Nigar Soltan Məmmədov-Sadıq Məmmədrza Şeyxzamanov — Qulam Leyla Bədirbəyli — Müşəfər nənə D.Abdullayeva Zemfira İsmayılova — Sadıqın anası Muxtar Avşarov — Səftərəli Fərhad İsmayılov O.Şeyxov Tariyel Qasımov — Sadıqın atası M.Rzayev
Filmi səsləndirənlər Şahmar Ələkbərov (titrlərdə yoxdur) Xuraman Hacıyeva — uşaq (titrlərdə yoxdur) Əminə Yusifqızı — Bikə (titrlərdə yoxdur)
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 227-228; 232.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri