Yarımnöv — bitki və heyvan sistematikasında növdən kiçik taksonomik kateqoriya. Yarımnöv coğrafi (nadir halda ekoloji və ya geoxronoloji) populyasiyaların məcmusudur. Yarımnöv növün adına üçüncü söz (epitet) artırmaqla ifadə edilir. Məsələn, adi tülkü (Vulpes vulpes) növünün yarımnövü Orta Asiya tülküsüdür (Vulpes vulpes flavescens).
İstinadlar
Mənbə ASE, V cild, Bakı, 1981, səh. 87
Kateqoriya:Taksonomik kateqoriyalar Kateqoriya:Biologiya terminləri Kateqoriya:Bitkilərin təsnifatı