Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (; ) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümumi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir.

25 may 1981-ci ildə qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir.

Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır.

Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.

Məqsədlər Körfəz ölkələrinin əməkdaşlıq şurasının üzvlərinin (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) məqsədi:

İqtisadiyyat, maliyyə, ticarət, gömrük, turizm, qanun yaratma və rəhbərlik kimi sahələrdə bənzər tənzimləmələr qurmaq; Sənaye, mədənçilik, əkinçilik, su və heyvandarlıq sahələrində elmi və texniki irəliləmə; Elmi tədqiqat mərkəzləri qurmaq; Müştərək olaraq ticarət etmək; Xüsusi sektorla bərabərlik; İnsanlar arasında olan bərabərliyi qüvvətləndirmək; "Khaleeji" adı verilən ortaq pul vahidi yaratmaq.

Həmçinin bax

Fars körfəzinin ərəb ölkələri İran körfəzi neft və qaz hövzəsi

İstinadlar

Xarici keçidlər Birliyin Rəsmi saytı CHARTER Birliyin bayrağı

Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Yaxın Şərq Kateqoriya:Ticarət blokları Kateqoriya:Müqavilə əsasında yaradılan hökumətlərarası təşkilatlar