() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Ümumi yayılması Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır.
Azərbaycanda yayılması Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir.
Statusu Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır.
Təbii ehtiyatı Azərbaycanda arealı çox geniş deyil.
Bioloji xüsusiyyətləri Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır. Cavan fərdlərini qızılağacın növləri ilə qarışıq salmaq olar. Iri vəziyyətdə ağ qabığına görə digər ağaclardan yaxşı fərqlənir. Daha yaşlı ağaclarda qabığı gövdənin aşağı hissəsind dərin yarıqlı, qara olur. Oduncağı sarımtıl-ağ, möhkəm və ağırdır. Budaqları çılpaq, çoxsaylı, sıx, qatranlı vəziciklərlə – ziyilciklərlə örtülmüşdür. Cavan budaqları aşağı sallanır və tozağacının çətirinə çox səciyyəvi görünüş verir (adı – sallaq tozağacı). Çətiri budaqlı, ancaq sıx deyil, budaqlanması simpodialdır. Yarpaqları rombvarı–yumurtavarıdan üçkünc–yumurtavarıyadək, uzunluğu 3,5-7 sm, eni 2-5 sm, ucu biz, hamar, cavan yaşda yapışqanlıdır; kənarları ikili dişlidir. Saplaqları çılpaq, uzunluğu 0,8-3 sm-dir. Çiçəkləri düz, xırda, bircinsli, budaqların uclarında sırğavari, sallaq çiçək qruplarına yığılmışdır. Yarpaqlar açılanadək çiçəkləyir. Erkək çiçəkləri qısa saplaqlarda, qırmızı-qonur pulcuqların qoltuqlarında 3 ədəd dixazial yerləşir və keçən ilin uzunsov zoğlarının uclarında 2-4 ədəd sallaq (5-6 sm) erkək sırğalar əmələ gətirir. Çiçəkyanlığı sadə, bir, iki yarpaqlı, 2-4 ədəd erkəkcikləri ikiyə bölünmüş, çiçəkyanlığın yarpaqlarla üzbəüz yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, üçqanadlı pulcuqlarla bitmişdir. Onlar qısa, yan zoğlarda 5 ədəd dixazilərə yığılmışdır və qısa, silindrik yaşıl, dişi sırğalar formalaşdırır. 2 ədəd dişiciyi bitişik olub, orada bir toxum rüşeymi inkişaf edir. Sapşəkilli dişicik ağızları uzun, bəzən parlaq rənglidir. Meyvələri yayın axırlarında yetişir.
Çoxalması Generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Şahdağ Milli Parkında qorunur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Qida bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:1788-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Finlandiyanın dövlət rəmzləri Kateqoriya:Mərakeş florası