Qarabulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş ailələrin Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olmuş və ermənilər tərəfindən Aknaxbür adlandırılmışdır. 7 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Coğrafiyası Kənd Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi 2005-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarabulaq kəndinin əhalisinin faktiki sayı 557 nəfər, qeydiyyatdakı əhalinin sayı 578 nəfər təşkil edirdi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocalı rayonunun kəndləri