Manana Sergeyevna Caparidze (; ) və ya sadəcə Manana — gürcüəsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009).
Həyatı Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. Anasının nənəsi azərbaycanlı olmuşdur. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinfi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.
1995–2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub.
1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayır. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.
1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT — 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub.
Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Şəhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrindədə konsert programmı ilə çıxış edib. 2004-cü ildə Manananın rəsmi saytı açılib — www.manana.ws.
Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurdu və noyabrın 10-da qız uşağını dünyaya gətirdi.
2015-ci ildən "The Voice" müsabiqəsinin Azərbaycan versiyası olan "Səs Azərbaycan" yarışmasının münsifidir.
Albomlar 2000 — Sənə verdim ürəyimi 2001 — Dözməm bu ayrılığa 2003 — Sevırəm səni 2004 — Bizim sevgimiz (Eldar Mansurovun mahnıları) 2004 — Orientasian (İngilis CD) 2005 — Səndən ayrı 2009 — Bəxt Ulduzum
Kliplər 2003 — Yol 2004 — Neyləyim 2005 — Çahargah Kompozisiyası (duet Elbrus) 2005 — Səndən ayrı 2006 — Sevgimizin günləri 2007 — Sənsiz 2008 — Qəlbimin arzusu 2013 — Payız 2014 — Gözlərin danışsın 2015 — This is my time (Bu, mənim zamanımdır) 2017 — Sarı gəlin 2017 — Party Music 2017 — Can Azərbaycan 2019 — Sən Yaşamaq Səbəbim
Filmoqrafiya Yanmış körpülər (film, 2007)
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:Azərbaycan gürcüləri Kateqoriya:Gürcü müğənnilər Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Gürcüəsilli azərbaycanlılar Kateqoriya:Tbilisinin fəxri vətəndaşları