Hacı Abbas oğlu Bayramov () — Azərbaycanlı aşıq və şair.

Həyatı thumb Aşıq Hacı Göyçəli 1931-ci ilin iyun ayında Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan olub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacı 1945-ci ildə Daşkəndli Abbasəli Nəzərova şəyird olmuş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanında şəyirdlik etmişdirAşıq Musiqisi Antalogiyası .

1947–1950-ci illərdə isə Qannılı Aşıq Mehdınin yanında şəyirdlik etmişdir.Araz Yaquboğlu. Daşkənd aşıqları və şairləri. Bakı: 2008

1951–1955-ci illərdə Aşıq Hacı sovet ordusunda hərbi xidmətdə olmuşdur. Aşıq Hacı bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Qannı kəndindən Balakişi, Qaraqoyunlu kəndindən Aşıq Səlim, Aşağı Şorca kəndindən Aşıq İslam 1968-ci ildən 1978-ci ilədək Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir .

Aşıq Hacı 1978-ci ildən öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüşdür.

1981-ci ildə Nuriddinlə birlikdə televiziyada "Aşıq Alının Türkiyə səfəri" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüseyn" dastanını söyləmişlər və hər iki dastanın lent yazısı televiziyanın "Qızıl fonduna" daxil edilmişdir.

1984-cü ildə IV Aşıqlar qurultayına nümayəndə seçilmişdir.

Aşıq Hacı 1991-ci ildə Almaniyaya qastrol səfərinə getmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan folklorunu, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.

Aşıq Hacı 1992-ci il 24–30-u oktyabrda Türkiyənin Konya şəhərində Ümumtürk aşıqlar müsabiqəsində iştirak etmiş və qızıl medala layiq görülmüşdür.

1988-ci ildə erməni təcavüzünə məruz qalan azərbaycanlılar Qərbi Azərbaycandan, eləcə də Göyçədən vəhşicəsinə sıxışdırılıb çıxarıldığı vaxt Aşıq Hacı da Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır.

Aşıq Hacı Göyçəli Koroğlu (film, 2003) filmində iştirak etmiş və rollarda aparıcı aşıq kimi çəkilmişdir. Film "Koroğlu dastanı" əsasında çəkilmişdir.

Filmdə həmçinin sənədli kadrlardan və aşıq deyimlərindən də istifadə olunmuşdur.

Aşıq Hacı Göyçəli 22 may 2011-ci ildə 79 yaşında Şəmkir rayonunun Çənlibel kəndində vəfat etmişdir.Araz Yaquboğlu. Aşıq Hacı da köçdü. Bütöv Azərbaycan qəzeti. 2011

Əsərləri "Mənim sazlı, sözlü dünyam". Bakı, "Zərdabi LTD" MMC, 2008. 168 səh. 500 tiraj.

Filmoqrafiya Koroğlu (film, 2003)

Ədəbiyyat Qara Namazov. "Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004. səh.159. Araz Yaquboğlu. "Aşıq Hacı da köçdü", "Ozan dünyası" jurnalı, № 2(5), 2011. səh.55–59.

İstinadlar

Kateqoriya:Göyçə şairləri Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:"Şah İsmayıl Xətai" fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Aşıqlarının IV Qurultayının nümayəndələri