Priti Zinta (; ) — Hindistan kino aktrisası.
Həyatı Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur. 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir. Bollivudun tanınmış rejissorlarından biri Şekar Kapur təsadüfən onu görür və öz yeni filminin baş rol ifaçısını tapdığını düşünür. Lakin rejissorun nəzərdə tutduğu layihə baş tutmur. Çünki o zaman Şekar Kapur "Elizabet" filminin beynəlxalq aləmdə tanınması üçün çalışırdı.
Priti Zintanın kino fəaliyyətinin başlanğıcı 1998-ci ilə təsadüf edir. "İlk baxışdan məhəbbət" filmində Priti Nair rolunu ifa edirОчаровательная Прити Зинта. Və elə həmin ildə də "Bollivudun Oskarı" sayılan Filmfare mükafatını əldə etməyə nail olur. Bu mükafatın sayəsində Priti bir neçə rejissordan baş rol təklifi alır. Beləcə onun böyük kino yolu başlayır.
Priti Zinta nüfuzlu hind kino aktyoru, həmkarı Şahrux Xanın hazırladığı "Temptations-2004" layihəsi ilə dünya turuna çıxmışdır.
Priti Zinta bir-birinə bənzəyən rol tiplərində oynadıqları üçün uzun müddət aktrisa Kacolun kölgəsində qaldı. Lakin zaman keçdikcə Pritinin də heyranlarının sayı artdı. Beləliklə, o da Kacol kimi tanınmış aktrisa oldu.
Priti Zinta həyatı boyu 2 dəfə ölümlə üz-üzə qalıb. Şri-Lankada "Temptations" turu olarkən partlayışdan, Hind okeanında istirahət edərkən isə sunamidən sağ çıxa bilmişdi…
2005-ci ildən bəri məşhur Hindistan ailələrindən olan Vadia fabrikinin sahibi Ness Vadia ilə eşq yaşayır. 2008-ci ildən nişanlısı Ness Vadia və daha iki iş adamı ilə birlikdə "Kings XI Punjab"ın sahibidirlər.
Bioqrafiya Boyu — 162 sm Çəkisi — 52 kq Bədən fiqurası — 34-26-34 Gözünün rəngi — Açıq-qəhvəyi Saçının (real) rəngi — Qara
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1998 Qəlbdən Dil Se Priti Nair1998 Bombeyli adaxlı Premante Idera Saylaca1999 Kriminal məhəbbət macərası Sangharsh Rita Oberoy1999 Yüngülbeyin qız Kya Kehna Priya Bakşi2000 "Kəşmir" əməliyyatı Mission Kashmir Zülfi Pərviz2001 Sevən ürək Dil Chahta Hai Şalini2002 Mənə yalnız sevgi lazımdır Dil Hai Tumhaara Şalu2003 Ümid Armaan Sonya Kapur2003 Sən tək deyilsən Koi… Mil Gaya Nişa2003 Sabah açılacaq, yoxsa yox? Kal Ho Naa Ho Neyna Katrina Kapur2004 Həyatın məqsədi Lakshya Romita Datta2004 Həmişə vuran ürək Dil Ne Jise Apna Kahaa Parinita2004 Vir və Zara Veer–Zaara Zara Həyat Xan2005 Biz sevəcəyik Khullam Khulla Pyaar Karen Priti2005 Salam, Namaste Salaam Namaste Əmbər Malhotra2006 Kriş Krrish Nişa2006 Mənim canım Jaan-E-Mann Piya Qoyal2006 Heç vaxt "əlvida" demə Kabhi Alvida Naa Kehna Riya Saran2007 Sonuncu Lir The Last Lear Şəbnəm2007 Om Şanti Om Om Shanti Om özü2008 Yerdəki asiman Heaven on Earth Çand2008 Qəhrəmanlar Heroes Kulcit Sinqh2008 Bu cütlüyü Tanrı yaradıb Rab Ne Bana Di Jodi mahnı ifa edən2009 Cənab və xanım Xanna Main Aur Mrs Khanna Hasina Caqamciya2013 Parisdə sevgi Ishkq in Paris İşk
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:Şimlada doğulanlar Kateqoriya:Filmfare Awards laureatları Kateqoriya:XXI əsr aktrisaları