Əlik bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə.
Tarixi 1999-cu ildə yaradılmışdır. Həmin vaxt bələdiyyənin tərkibi üç kənddən ibarət olmuşdur. Bu kəndlər – Əlik, Cek və Haput kəndləri idi. 2009-cu ildə Qrız bələdiyyəsi də Əlik bələdiyyəsinə birləşdirilmişdir"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli, 826-IIIQ nömrəli Qanunu. . Nəticədə Əlik bələdiyyəsinin tərkibi 2 kənd daha artmışdır. Bu kəndlər Qrız və Qrızdəhnə kəndləridir.
2013-cü ildə "Azərxalça" Elm və Yaradıcılıq İstehsalat Birliyi ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən, Əlik bələdiyyəsinin ərazisində yaşayan sakinlər tərəfindən toxunan müxtəlif növ xalçaların yerli və beynəlxalq sərgilərdə nümayiş olunması, habelə onların satışı "Azərxalça" tərəfindən həyata keçiriləcəkdirBirlik Quba xalçalarının beynəlxalq arenda sərgilənməsinə yardımçı olacaq. .
İstinadlar
Kateqoriya:Quba rayonunun bələdiyyələri Kateqoriya:Əlik Kateqoriya:Cek Kateqoriya:Haput Kateqoriya:Qrız Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr