thumb|Ateizm simvolu

Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir.

thumb|alt=Şəkil|WIN-Gallup International" təşkilatının qlobal hesabatına əsasən dünyada ateizmin ölkələr üzrə yayılma xəritəsi.

Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar. Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə insan ağlının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu. Extract of page 22

Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır. İlahi varlıqlara inanmamaq üçün empirik sübutların olmaması, şər problemi, ziddiyyətli dini mətnlər, saxtalaşdırıla bilən anlayışların rədd edilməsi, inancsızlıq arqumentləri irəli sürülür. Bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə in . baxmayaraq, bütün ateistlərin riayət etdiyi bir ideologiya və ya davranış dəsti yoxdur.. Ateizm teizmdən daha həssas bir mövqedədir, buna görə tanrının mövcud olmaması iddiasının sübut olunması ateistlər üzərinə şamil edilmir, lakin teizmin məntiqliliyini təmin etmək üçün teistlər tanrının mövcudluğunu sübut etməlidir., citing

Ateizm konsepsiyaları fərqlilik göstərdiyindən, ateistlərin mövcud sayının dəqiq qiymətləndirilməsi çətindir. Win-Gallup Beynəlxalq tədqiqatlarına görə, 2012-ci ilin əvvəlində keçirilən sorğuda respondentlərin 13 %-i "etiqadlı ateist" idi. Bu göstərici 2015-ci ildə 11 %, 2017-ci ildə isə 9 % idi. Bununla yanaşı, digər tədqiqatçılar WIN/Gallup göstəriciləri ilə ehtiyatlı olmağı məsləhət görmüşlər. Çünki onilliklər ərzində eyni müşahidədən istifadə edən və daha böyük nümunə ölçüsünə malik olan digər tədqiqatlar ardıcıl olaraq aşağı göstəricilərə çatmışdır. Britan Yayım Korporasiyası (BBC) tərəfindən 2004-cü ildə aparılan araşdırmada ateistlərin dünya əhalisinin 8 %-ni təşkil etdiyi qeyd edildi. Digər köhnə təxminlər ateistlərin dünya əhalisinin 2 %-ni, dinsizlərin isə 12 %-ni təşkil etdiyini göstərmişdi. Bu sorğulara görə, Avropa və Şərqi Asiya ən yüksək ateizm göstəricisi olan bölgələrdir. 2015-ci ildə Çin əhalisinin 61 %-nin ateist olduğu müəyyən edilmişdi. Avropa İttifaqında keçirilən 2010-cu il Avrobarometr sorğusuna əsasən, AB əhalisinin 20 %-i "hər hansı bir ruh, tanrı və ya "həyat gücünə" inanmır.

Təyini və növləri Ateizmi necə ən yaxşı şəkildə təyin və təsnifləndirmək üzərində fikir ayrılıqları mövcudur; hansı fövqəltəbii qüvvənin tanrı hesab edilməsi, öz-özlüyündə ixtiyari düşüncədirmi, yoxsa fəlsəfi mövqemi, ya da birinin olmaması, şüurlu imtinamı tələb etməsi, yoxsa açıq-aydın imtinamı tələb etməsi kimi mövzularda rəqabət aparılır. Ateizm aqnostisizmlə uzlaşma xüsusiyyətinə görə eyni qəbul edilir, həmçinin bir-biri ilə ziddiyyət təşkil etdiyi qeyd olunur. Müxtəlif kateqoriyalar ateizmin müxtəlif formalarını ayırd etmək üçün istifadə edilir.

Diapozon Ateizmin təyin edilməsi ilə əlaqədar qeyri-müəyyənliklərin bir qismi, "tanrı" və "ilah" kəlmələrinin tərifi ilə bağlı yaşanan çətinliklərlə əlaqədardır. Tanrı və ilah anlayışlarının çoxluğu ateizmin tətbiqi ilə bağlı fərqli düşüncələrə gətirib çıxarır. Roma papası xristianları ilahiləşdirilmiş bütlərə ibadət etmədiklərinə görə ateist olaraq günahlandırırdı. Teizmin hər hansı bir ilahi inancı əhatə etdiyi kimi başa düşülməsi ilə, tədricən bu aspekt xoşagəlməz hala düşdü.

İnkar edilən fenomenlərin diapozonuna gəldikdə isə, ateizm hər bir ilahi varlığın, spiritual, fövqəltəbii ya da transsendental anlayışların, buddizm, hinduizm, caynizm və daosizm kimi bir çoxuna qarşı çıxa bilər.

Örtülü və açıq Ateizmin tərifi bir insanın ateist kimi qəbul edilməsi üçün ilahi varlıqların anlayışına yanaşma dərəcəsinə görə dəyişir. Ateizm bəzən hər hansı bir ilahi varlığın mövcud olduğuna dair sadə inamın olmaması ilə müəyyən edilmişdir. Bu geniş tərifə yeni doğulmuş və teokratik fikirlərə məruz qalmayan insanlar daxil edilir. Pol Anri Holbax deyirdi: "Hər uşaq ateist olaraq doğulur: onların tanrı haqqında fikirləri yoxdur." Eyni şəkildə, Corc Smit (1979) bu fikri irəli sürür: "Teizm ilə tanış olmayan adam, bir tanrıya inanmadığı üçün ateistdir. Bu kateqoriyaya, bu məsələləri başa düşmək üçün konseptual qabiliyyəti olan, lakin bu məsələlərdən hələ xəbərsiz olan uşaqlar da daxildir. Bu uşağın tanrıya inanmaması onun ateist olması deməkdir.". Örtülü ateizm "şüurlu şəkildə rədd edilmədən teist inancının olmaması" və açıq ateizm isə inancın şüurlu şəkildə rədd edilməsidir. Ernest Naqel Smitin ateizm təriflərinin ziddiyyətli olduğunu hesab edir və göstərir ki, sadəcə açıq ateizm "doğru ateizm"dir və örtülü ateizm yalnız "teizmin yoxluğudur".reprinted in Critiques of God, edited by Peter A. Angeles, Prometheus Books, 1997. Qraham Oppi bir tanrının nə olduğunu başa düşmək imkanından məhrum olanları günahsızlar olaraq təsnif edir. Oppiyə görə, bu təsnifə bir aylıq körpələr, ağır beyin travması olan insanlar və ya ağırlaşmış demansiya xəstələri daxildir.

Pozitiv və neqativ Antoni Fliu və Maykl Martin kimi filosoflar pozitiv (güclü) ateizm ilə neqativ (zəif) ateizmin bir-biri ilə ziddiyyət təşkil etdiyini hesab edirlər.: "In this interpretation, an atheist becomes: not someone who positively asserts the non-existence of God; but someone who is simply not a theist. Let us, for future-ready reference, introduce the labels 'positive atheist' for the former and 'negative atheist' for the latter." Pozitiv ateizm açıq şəkildə təsdiq edir ki, heç bir tanrı mövcud deyil. Neqativ ateizm isə daha çox qeyri-teizmin digər bütün formalarına daxildir. Bu təsnifata əsasən, kim bir teist deyilsə, ya neqativ ateist, ya da pozitiv ateistdir. Neqativ və pozitiv terminlərinin köhnə mənşəyə aid olmasına və fəlsəfi ədəbiyyatda və katolik apologetikasında istifadə edilməsinə baxmayaraq, güclü və zəif terminləri nisbətən yenidir. Ateizmin bu demarkasiyası əsasında, ən çox aqnostiklər neqativ ateist hesab olunur.

Misal olaraq, Martinin aqnostisizmin neqativ ateizmə yol açdığını iddia etməsinə baxmayaraq, bir çox aqnostik, öz əqidəsini ateizmdən fərqli görür. Onlar ateizmi teizmdən ya da eyni inanc bərabərliyi tələb edilməsindən daha haqlı olmadığını hesab edə bilərlər. Biliyin etibarsızlığı iddiası və ya tanrıların varlığına qarşı çıxmaq bəzən ateizmin bir inanc sıçrayışı tələb etməsinin göstəricisidir. Bu arqumentlərə qarşı ümumi ateist cavablara bunlar daxildir; isbatlanmamış dini təkliflər digər isbatsız təkliflər qədər etibarsız olmağa layiqdir. "Who seriously claims we should say 'I neither believe nor disbelieve that the Pope is a robot', or 'As to whether or not eating this piece of chocolate will turn me into an elephant I am completely agnostic'. In the absence of any good reasons to believe these outlandish claims, we rightly disbelieve them, we don't just suspend judgement." və bir tanrının varlığının isbat edilə bilməməsi bir və ya digər imkanlı ehtimalın bərabərliyi demək deyildir.. "A lack of proof is no grounds for the suspension of belief. This is because when we have a lack of absolute proof we can still have overwhelming evidence or one explanation which is far superior to the alternatives." Şotlandıyalı filosof Con Smart hətta müdafiə edir ki, "bəzən bir ateist özünü hətta ehtirasla, fəlsəfi spektizmin əsasında bizə riyaziyyat və formal məntiqin həqiqətləri xaricində, hər şeyi bilə bilərik deməyi qadağan edən, məntiqsiz bir aqnostiq olaraq təsvir edə bilər." Nəticədə, Riçard Dokinz kimi bəzi ateist müəlliflər teist, ateist və aqnostik mövqelərini teistik yəqinlik spektrumuna görə fərqləndirməyi təklif edir, hansı ki, hər birinin "tanrının varlığının" şərhi fərqli şəkildədir.

Təyini mümkünsüz ya da qeyri-məhdud olaraq XVIII əsrin əvvəllərində qərb dünyasında tanrının varlığı belə qəbul edildi və hətta həqiqi ateizmin mümkünatı da sorğulandı ki, buna innatizm deyilirdi, hansı ki, insanların doğuşdan tanrı inancına sahib olduğunu və ateizmin sadəcə bu inancı sonradan inkar etdiyini qəbul edən bir düşüncə mövqeyidir. Həmçinin ateistlərin tanrıya böhran vaxtı olan "ölüm döşəyi çevrilməsi" müddətində inandıqlarını iddia edən düşüncə mövqeyi də vardır və "səngərdə ateist olmaz" şəklində də adlandırılır.See, for example: Bununla birlikdə bu görüşün əksinə bir çox misallar gətirilir, onlardan biri hərfi mənası ilə "səngərdəki ateist" şəklindədir.

Bəzi ateistlər "ateizm" termininin ehtiyaclılığı üzərində şübhəlidirlər. Sem Heyrisin özünün yazdığı Xristian ümmətinə məktub kitabında deyirdi.

Praqmatik ateizm Praqmatik ateizm dini inancları, tanrı və ya tanrılara olan inancı rədd etməyi lazım bilən bir görüşdür. Bu görüşə əsasən, bu cür fenomenlər praqmatik həyat üçün lazımsızdır. Bu düşüncə növü apateizm və praktiki ateizmlə əlaqəlidir.

Arqumentlər thumb|Pol Anri Holbax

Epistemoloji arqumentlər Ateistlər, həmçinin, tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanent fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqında əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edir ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.

İqnostisizm də daxil olmaqla ontoloji və epistemoloji olaraq təsnif edilən ateizmin arqumentlərinə görə, "tanrı" kimi əsas terminlər və "tanrı hər şeyə qadirdir" kimi ifadələr mənasız və ya aydın deyil. Teoloji qeyri-koqnitvizm "tanrı mövcuddur" ifadəsinin bir müddəa olmadığını, ancaq cəfəngiyat və ya idrak baxımından mənasız olduğunu söyləyir. Bu cür düşünən şəxslərin hansılarının ateist, hansılarının aqnostik olaraq təsnif edilməsi müzakirə edilmişdir. Alfred Ayer və Teoder Drenq hər iki kateqoriyani inkar edib, "Tanrı mövcuddur" ifadəsinin ateist və aqnostiklər tərəfindən müddəa olaraq qəbul edildiyini hesab edirlər: bunun əvəzinə qeyri-koqnitvizmi öz kateqoriyasına yerləşdirirlər..Drange, Theodore M. (1998). "Atheism, Agnosticism, Noncognitivism ". Internet Infidels, Secular Web Library. Retrieved 2007-APR-07.Ayer, A. J. (1946). Language, Truth and Logic. Dover. pp. 115–116. In a footnote, Ayer attributes this view to "Professor H. H. Price".

Metafizik arqumentlər Filosof Zofia Zdibika yazır: