Aleksandr Nikolayeviç Ostrovski (; d. 1823 — ö. 14 iyun 1886, Moskva) — Rusiya dramaturqu.
Həyatı Aleksandr Ostrovski 1823-cü ildə Kostroma Vilayətinin Ostrovski rayonunda anadan olmuşdur. 1840–1843-cü illərdə Moskva Universitetinin hüquq fakültəsində təhsil almış, 1843–1851-ci illərdə Moskva məhkəmələrində işləmişdir. Estetik görüşləri V. Q. Belinskinin təsiri altında formalaşmışdır.
Yaradıcılığı İlk əsərləri 1847-ci ildə dərc olunmuşdur. 1850-ci ildə tamaşaya qoyulan "Öz adamlarımızdır, düzəlişərik" satirik komediyası 1-ci Nikolayın göstərişi ilə qadağan edilmişdir. Pyeslərində mühüm sosial və əxlaqi problemlərə toxunmuş, pulun hakim kəsildiyi cəmiyyəti və despotizmi kəskin tənqid atəşinə tutmuşdur. "Yoxsulluq eyib deyil" (1853), "Gəlirli yer" (1856), "Tufan" (1859) və s. pyeslərində məmur, tacir və mülkədarların tamahkarlığı, acgözlüyü ifşa olunur. Onun dramaturgiyası rus teatr sənətinin inkişafında mühüm rol oynamışdır.
O, Azərbaycan dramaturgiyasına, xüsusi ilə Nəcəf bəy Vəzirov yaradıcılığına ciddi təsir göstərmişdir. Abbas Səhhət onun "Yoxsulluq eyib deyil" komediyasından iqtibas olaraq eyni adlı ikipərdəli mənzum pyes yazmışdır.
Onun əsərləri hələ keçən əsrdə Azərbaycan dilinə tərcümə olunmuşdur. Pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
Ostrovski 1883-cü ildə Bakıda olmuş, gündəliyində Bakı səfəri haqqında maraqlı qeydlər etmişdir. 1886-cı ildə Moskvada vəfat etmişdir.
A. N. Ostrovskinin Moskvada heykəli qoyulmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Qriboyedov mükafatı laureatları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Rusiya dramaturqları