Aşıq Avdı Qaymaqlı () — Azərbaycan aşığı.

Həyatı Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir.Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.58.

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb.Məmməd Dəmirçioğlu, "AŞIQ AVDI QAYMAQLININ MƏNZƏRƏSİ" . "Ozan dünyası" jurnalı, № 2(23). 2015.

O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.Dəmirçioğlu, M. Aşıq Avdı Qaymaqlı //Ədalət.- 2014.- 24 may.- S.12.

Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.

İstinadlar

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:Aşıq qaralamaları