Taymır gölü — Rusiyanın Taymır yarımadasında göl.

Bırranq dağlarında yerləşir. Gölün uzunluğu 250 km, sahəsi 4560 km², dərinliyi 16 m-ə qədərdir. Qar və yağış suları ilə qidalanır. İldə 3 ay buzdan azad olur. Gölə Yuxarı Taymıra çayı tökülür, Aşağı Taymıra çayı isə göldən axır.

Göldə çılpaqça, ala balıq, muksun və s. kimi balıqlar var.

İstinadlar

Kateqoriya:Rusiya gölləri Kateqoriya:Krasnoyarsk diyarı gölləri