Kateqoriya () — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə
1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum;
2)dərəcə, qrup;
3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış;
4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu;
5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri;
6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar;
7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi.
Fəlsəfədə: Kateqoriya ( fəlsəfə) — obyektiv fikir bildirmə prinsipləri; reallıq və təfəkkür məsələlərinə dair ümumi və əsas anlayışlar ; Riyaziyyatda: Ber kateqoriyası; Lyusternik - Şnirelman kateqoriyası; kateqoriyalar nəzəriyyəsi; Pedaqogikada : Pedaqogika kateqoriyaları — pedaqoji elmin əsasını təşkil edən əsas prinsiplər Linqvistikada : terminal kateqoriya, leksik kateqoriya — ingiliscə (lexical category) — nitq hissəsi kimi ; söz kateqoriyası — terminal kateqoriya ilə tipi ilə ayrılan tərkib hissə ; qrammatil kateqoruiya — qrammatik mənaların əksliklərinin qapalı sistemi ; "qrup", "dərəcə", "çoxluq", "cəm", "koqorta", "seçim" mənalarında : Nəqliyyat vasitələrinin kateqoriyaları; həkim kateqoriyası; insan kateqoriyaları; Vikipediya kateqoriyaları — Vikipediya internet ensiklopediyasında məqalələrin hansısa əlamətlər üzrə sistemləşdirilməsi və qruplaşdırılması mexanizmi.
İstinadlar
Kateqoriya:Çoxmənalı terminlər