Mədəaltı vəzi () — onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Bunun uzunluğu 16–22 sm, eni 4 sm, qalınlığı 2 sm və çəkisi 70–80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi — başı — (), orta hissə — cismi — () və sol hissəsi — quyruğu — ().
Pankreasın başı sağ tərəfdən onikibarmaq bağırsağla əhatə olunmuşdur; aşağı və arxa ucu qarmaq kimi əyilərək qarmağabənzər çıxıntı — adlanır və pankreas başının yerdə qalan hissəsindən vasitəsilə ayrılır. Pankreasın başında iki səth vardır: ön səth — və arxa səth — . Pankreasın cismi üçüzlü prizmaya bənzəyir; bunun üç səthi vardır: 1) yəhərəbənzər ön səthi — mədəyə söykənir, 2) düz arxa səthi — birinci bel fəqərəsinin cisminə, qarın aortasına və aşağı boş venaya baxır və 3) nazik aşağı səthi — facies inferior köndələn cənbər bağırsağa vəacı bağırsaq ilgəklərinə söykənir. Bu səthlər bir-birindən üç kənar — vasitəsilə ayrılır. Pankreas cisminin ın səthi yaxınlığında piylik qabarı — adlanan hündürlük əmələ gətirir. Pankreas quyruğu sol qabırğaaltı naviyədə yerləşmişdir və ucu dalağın qapısına, sol böyrəklə böyrəküstü vəziyə söykənir.
Topoqrafiyası Pankreas qarın boşluğunda sağ qabırğaaltı, göbək və sol qabırğaaltı nahiyələri tutur; peritona olan münasibətinə görə ekstraperitoneal üzvlərdən hesab olunur; yəni periton ilə ancaq ön və aşağı səthləri örtülmüşdür. Bunun yuxarı kənarına kındələn çənbər bağırsaq müsariqəsi bağlanmışdır. Pankreasın başı — sağ tərəfdə I–II bel fəqərələri bərabərində, cismi — I bel fəqərəsi bərabərində və quyruğu — sol qabırğaaltı nahiyyədə XI-XII- ci qabırğa bərabərində yerləşmişdir.
Quruluşu Pankreas quruluş cəhətcə mürəkkəb alveollu vəzilərdən olub, qulaqaltı vəziyə xeyli bənzəyir. Bu qeyri-müntəzəm şəkilli və boş birləşdirici toxuma vasitəsilə birləşmiş paycıqlardan ibarətdir; birləşdirici toxumada qan damarları və pankreas axacaqları vardır. pankreasda vəzi ünsürlərindən başqa Langerhans adacıqları — deyilən epitel hüceyrələr yığıntısı vardır. Bunlar pankeasın şirə ifrazedici kütləsindən ayrı olub vəzifəcə daxili sekresiya vəzilərindən (endokrin vəzilərdən) hesab olunur. Burada ifraz olunan hormon insulin adlanır və qana keçərək bədəndə (qaraciyərdə) karbohidratlar mübadiləsini tənzim edir. Beləliklə pankreas həm xarici və həm də daxili ifrazat (sekresiya) vəzilərinə aiddir.
Pankreasdan ifraz olunan şirə — kiçik axacaqlara toplanır; bunlar bir-biri ilə birləşərək pankreas daxilində bir böyük axacaq — əmələ gətirir. Bu axacaq pankreas quyruğundan başlayaraq onun daxili ilə sağa doğru gedir və onikibarmaq bağırsağın enən hissəsinin arxa divarında ilə bərabər onikibarmaq bağırsağa (məməcik üzərində) açılır. Pankreas axacağı ümumi ıd axacağı ilə bir yerdə açılarkən onikibarmaq bağırsağın məməciyində adlanan bir genişlik əmələ gətirir. Bəzən pankreasda əlavə bir axacaq — təsadüf edir; bu axacaq pankreas başından şirəni yəğər və üzərində onikibarmaq bağırsağa açılır.
Pankreasın inkişafı və variantları Pankreas onikibarmaq bağırsağın ön və arxa divarındakı endodermal epiteldən əmələ gəlmiş bir dorzal və iki ventral mayalardan inkişaf edir; bu mayalar bir-biri ilə birləşərək onikibarmaq bağırsağın dorzal çözünün () səfhələri arasına daxil olur və beləliklə ilk dəfəsagital xətdə yerləşir və hər tərəfdən seroz qişa ilə örtülü olur. Sonradan mədə öz vəziyyətini dəyişdikdə pankreas da boylama vəziyyətdən köndələn vəziyyətə keçir və onikibarmaq bağırsaqla birlikdə qarın bpşluğunun arxa divarına söykənərək arxadan seroz qişasını itirir və nəticədə intraperitoneal vəziyyətdən ekstraperitoneal vəziyyətə keçir. Pankreas onikibarmaq bağırsağın divarından inkişaf etdiyi üçün onunla axacaq () vasitəsilə rabitədə qalır. Bu axacaq ventral mayalardan hasil olur; dorzal mayanın axacağı isə, adətən, reduksiya edir, bəzən əlavə axacaq () halında davam edir.
Pankreasın variantlarından əlavə pakreasa — və yuxarıda qeyd olunan pankreasın əlavə axacağını — təsadüf edilir. Əlavə pankreas müxtəlif yerlərdə — onikibarmaq bağırsaq nahiyyəsində, mədə divarında onun çıxacağı nahiyyəsində. nazik bağırsaq müsariqəsində, piylikdə, dalağın qapısında və qarın boşluğunun başqa yerlərində zəsadüf edilir. Hər bir əlavə pankreas xüsusi axacağa malik olur. Nadir hallarda pankreasın zəif inkişaf etməsinə təsadüf edilir.
Yaş və fərdi xüsusiyyətləri Yenidoğulmuşda yetişmiş şəxslərə nisbətən pankreas yuxarıda, XI–XII döş fəqərələri səviyyəsində, bir qədər çəp yerləşir və nisbətən mötəhərrik olur. Birinci ilin ikinci yarısında panlreas demək olar ki, yetişmiş şəxslərdəki kimi yerləşir. Pankreasın forması bir qədər başqa olur: cismi uçvəcli prizmaya bənzəyir, başı nisbətən kiçicik, cismi və quyruğu nisbətən uzun olur; 5–6 yaşında yetişmiş şəxslərdəki formanı əldə edir.
Vaskulyarizasiyası və innervasiyası Pankreası qidalandıran arteriyalar bunlardır:
Venoz qan pankreas venalarına yığışaraq, qapı venası köklərinə aid olan aşağıdakı venalara daşınır:
limfa pankreasdan limfa damarlar ilə qonşu nahiyyələrdə olan limfa düyünlərinə: daşınır.
Pankreas öz sinirini qarın (günəş) kələfindən () alır.
Ekzokrin funksiyası Mədəaltı vəzi şirəsi rəngsiz, xüsusi çəkisi 1,007–1,009 olan, qələvi reaksiyalı (рН 8,3–8,6) sekret olub, tərkibinə tripsin, ximotripsin, elastaza, karboksipeptidaza, fosfolipaza, profermentləri daxildir. Gün ərzində insanın mədəaltı vəzisi 1,5–2 l şirə ifraz edir.
Nazik bağırsaqlarda karbohidratların, yağların xüsusən də zülalların həzm eilib amin turşular şəklində bağırsaq divarından sovrulmasını təmin edən amilaza (nişastanı oliqosaxaridlərə: qlukoza, maltoza, dekstrinə parçalayır), lipaza (triqliseridləri qliserin və yağ turşularına parçalayır), proteaza (amin turşular arası peptid rabitəsini pozur) kimi fermenlərin sekresiyasında iştirak edir.
Endokrin funksiyası
Adacığın ifraz etdiyi hormon insulin adlanır; bu hormon qana daxil olub vücudda karbohidratlar mübadiləsini tənzim edir; qaraciyərdə toplanmış qlikogenin şəkərə çevrilməsini tormozlayır (yalnız normal miqdarda verilməsinə imkan yaradır); odur ki, Langerhans adacıqlarının hipofunksiyasında insulinin miqdarı azalır, nəticədə artıq miqdarda qlikogen xaric olur; bu üsul ilə şəkərli diabet — deyilən xəstəlik meydana çıxır.
İstinadlar
Ədəbiyyat Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, səh 83–86, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Xarici keçidlər
Pancreas entry in Britannica
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Həzm sistemi Kateqoriya:Daxili sekresiya vəziləri Kateqoriya:Xarici sekresiya vəziləri