thumb|337x337px|Qlobal biosfer. Şəkildə Yerin bitki və plankton örtüyü təsvir olunmuşdur. Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir.Nealson, Kenneth H.; Zeki, S.; Conrad, Pamela G. (1999). "Life: past, present and future" . Philosophical Transactions of the Royal Society of London. Series B: Biological Sciences. 354 (1392): 1923–1939. doi:10.1098/rstb.1999.0532 . PMC 1692713. PMID 10670014 . Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir."Biosphere" in The Columbia Encyclopedia, 6th ed. (2004) Columbia University Press. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir.Jehne, Walter, Regenerate Earth Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir.Campbell, Neil A.; Brad Williamson; Robin J. Heyden (2006). Biology: Exploring Life . Boston, Massachusetts: Pearson Prentice Hall. ISBN 978-0-13-250882-7.Zimmer, Carl (3 October 2013). "Earth's Oxygen: A Mystery Easy to Take for Granted" . The New York Times.
Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir. Buraya Biosphere 2 və BIOS-3 kimi süni biosferlər və potensial olaraq digər planetlər və ya aylardakı biosferlər daxildir."Meaning of biosphere". WebDictionary.co.uk. WebDictionary.co.uk.
Terminin mənşəyi və istifadəsi thumb|Litosfer (torpaq), hidrosfer (okean) və atmosferi (hava) eyni vaxtda göstərən çimərlik mənzərəsi|245x245px "Biosfer" termini 1875-ci ildə geoloq Eduard Zyuss tərəfindən Yer səthində canlıların məskunlaşdığı mühit mənasında işlədilmişdir.Suess, E. (1875) Die Entstehung Der Alpen [The Origin of the Alps]. Vienna: W. Braunmuller.
Konsepsiya geoloji mənşəli olsa da, həm Çarlz Darvinin, həm də Metyu F. Maurinin Yer elmlərinə təsirinin göstəricisidir. Biosferin ekoloji konteksti 1935-ci ildə Artur Tansley tərəfindən "ekosistem" termininin işlədilməsindən əvvəl 1920-ci illərdən gəlir. Vladimir Vernadski ekologiyanı biosfer haqqında elm kimi müəyyən etmişdir. Bu astronomiya, geofizika, meteorologiya, biocoğrafiya, təkamül, geologiya, geokimya, hidrologiya və ümumiyyətlə, bütün həyat və Yer elmlərini birləşdirən fənlərarası konsepsiyadır.
Dar mənalı tərif Geokimyaçılar biosferi canlı orqanizmlərin ümumi məcmusu kimi müəyyən edirlər (bioloq və ekoloqların istinad etdiyi "biokütlə" və ya "biom"). Bu mənada biosfer geokimyəvi modelin dörd ayrı komponentindən biridir, digər üçü isə geosfer, hidrosfer və atmosferdir. Bu dörd komponentli sfera bir sistemdə birləşdirildikdə, o, ekosfer kimi tanınır. Bu termin 1960-cı illərdə istifadə edilmişdir və planetin həm bioloji, həm də fiziki komponentlərini əhatə edir.Möller, Detlev (December 2010). Chemistry of the Climate System . De Gruyter. pp. 118 –119. ISBN 978-3-11-022835-9.
Qapalı Həyat Sistemləri üzrə İkinci Beynəlxalq Konfrans biosferi Yer biosferinin analoq və modellərinin elm və texnologiyası kimi müəyyən etdi; yəni Yerə bənzər süni biosferləri.Bebarta, Kailash Chandra (2011). Dictionary of Forestry and Wildlife Science. New Delhi: Concept Publishing Company. p. 45. ISBN 978-81-8069-719-7.
Yer biosferi
Yaş thumb|Stromatolit fosilinin yaşı 3,2–3,6 milyard ildir|232x232px Yer kürəsində həyatın ən erkən dəlillərinə Qərbi Qrenlandiyanın 3,7 milyard illik metamorfik çökmə süxurlarda tapılan biogen qrafitOhtomo, Yoko; Kakegawa, Takeshi; Ishida, Akizumi; Nagase, Toshiro; Rosing, Minik T. (8 December 2013). "Evidence for biogenic graphite in early Archaean Isua metasedimentary rocks". Nature Geoscience. 7 (1): 25–28. Bibcode:2014NatGe…7…25O . doi:10.1038/ngeo2025. və Qərbi Avstraliyadan olan 3,48 milyard illik qum daşında tapılan mikrob mat fosilləri daxildirBorenstein, Seth (13 November 2013). "Oldest fossil found: Meet your microbial mom" . AP News.Noffke, Nora; Christian, Daniel; Wacey, David; Hazen, Robert M. (8 November 2013). "Microbially Induced Sedimentary Structures Recording an Ancient Ecosystem in the ca. 3.48 Billion-Year-Old Dresser Formation, Pilbara, Western Australia" . Astrobiology. 13 (12): 1103–24. Bibcode:2013AsBio..13.1103N . doi:10.1089/ast.2013.1030. PMC 3870916 . PMID 24205812 .. Bu yaxınlarda, 2015-ci ildə Qərbi Avstraliyada 4,1 milyard illik süxurlarda "biotik həyat qalıqları" tapıldıBorenstein, Seth (19 October 2015). "Hints of life on what was thought to be desolate early Earth". Excite. Yonkers, NY: Mindspark Interactive Network. Associated Press.Bell, Elizabeth A.; Boehnike, Patrick; Harrison, T. Mark; et al. (19 October 2015). "Potentially biogenic carbon preserved in a 4.1 billion-year-old zircon" . Proc. Natl. Acad. Sci. U. S. A. 112 (47): 14518–21. Bibcode:2015PNAS..11214518B . doi:10.1073/pnas.1517557112. PMC 4664351 . PMID 26483481 .. 2017-ci ildə, Kanadanın Kvebek əyalətinin Nuvvuagittuq qurşağında 4,28 milyard il yaşı olan hidrotermal çöküntülərdə ehtimal edilən fosilləşmiş mikroorqanizmlərin (və ya mikrofosillərin) aşkar edildiyi elan edildi ki, bu da yer üzündəki həyatın ən qədim rekordu idi ki, bu da okeanların əmələ gəlməsindən 4,4 milyarddan sonra "həyatın demək olar ki, ani olaraq ortaya çıxdığını" göstərir.Dodd, Matthew S.; Papineau, Dominic; Grenne, Tor; Slack, John F.; Rittner, Martin; Pirajno, Franco; O'Neil, Jonathan; Little, Crispin T. S. (2 March 2017). "Evidence for early life in Earth's oldest hydrothermal vent precipitates" (PDF). Nature. 343 (7643): 60–64. Bibcode:2017Natur.543…60D . doi:10.1038/nature21377. PMID 28252057 . S2CID 2420384 .Zimmer, Carl (1 March 2017). "Scientists Say Canadian Bacteria Fossils May Be Earth's Oldest" . The New York Times.Ghosh, Pallab (1 March 2017). "Earliest evidence of life on Earth 'found" . BBC News.Dunham, Will (1 March 2017). "Canadian bacteria-like fossils called oldest evidence of life" . Reuters. Bioloq Stefen Bleyr Hedcesin fikrincə, "Əgər həyat Yer üzündə nisbətən tez yaransaydı … o zaman kainatda yayğın ola bilərdi".
Hüdudlar thumb|Rüppel kərkəsi|295x295px Qütb buzlaqlarından tutmuş ekvatora qədər planetin hər bir hissəsində bir növ həyat var. Mikrobiologiyanın son nailiyyətləri mikrobların Yerin yer səthinin dərinliklərində yaşadığını və "yaşamaq üçün əlverişsiz zonalar" adlanan ərazilərdə mikrob həyatının ümumi kütləsinin biokütlədə səthdəki bütün heyvanat və bitkilər aləminindən çox ola biləcəyini nümayiş etdirdi. Yerdəki biosferin faktiki qalınlığını ölçmək çətindir. Quşlar, adətən, 1,800 m (5,900 fut; 1,1 mil) yüksəklikldə uçur və balıqlar Puerto Riko çökəkliyində 8,372 m (27,467 fut; 5,202 mil) suyun altında yaşayırlar.
Planetdə həyat üçün daha ekstremal nümunələr var: Rüppel kərkəsi 11.300 m (37.100 fut; 7.0 mil) yüksəklikdə tapılmışdır; zolaqlıbaş qazlar ən azı 8,300 m (27,200 fut; 5,2 mil) yüksəklikdən miqrasiya edirlər; yaklar dəniz səviyyəsindən 5,400 m (17,700 fut; 3,4 mil) yüksəklikdə yaşayır; dağ keçiləri 3,050 m (10,010 fut; 1,90 mil) hündürlükdə yaşayır. Bu yüksəkliklərdə otyeyən heyvanlar şibyələrdən, otlardan və digər bitkilərdən asılıdır. thumb|Qalapaqos riftindən barofil orqanizm olan ksenofiofor |220x220px