Qəşəm Novruz oğlu Aslanov () — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Şuşa, Abşeron və İsmayıllı rayon partiya komitələrinin birinci katibi, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966).

Həyatı Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.

1949-cu ildə yeddiillik məktəbi bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.

1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.

Ailəsi Xəzər Aslanovun atasıdır.

Əsərləri Qəşəm Aslanov. Saymazovun salamı (Miniatür və hekayələr), redaktoru İsmayıl İsmayılov // "Hayastan", Yerevan, 1968, 104 səh. 7000 nüsxə. Qəşəm Aslanov. Məğlub ölüm (povest, hekayə, miniatür və məqalələr) // Tərtib edəni Qeyrət Qəşəmoğlu, redaktoru və öz sözün müəllifi Almaz Ülvi // Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, 168 səh. 1000 nüsxə. Qəşəm ASLAN. Seçilmiş əsərləri (povest, hekayə, miniatür və məqalələr). Redaktoru və ön söz filologiya elmləri doktoru Almaz Ülvinindir // Bakı, "Nurlan", 2013. 252 səh. 500 nüsxə.

Haqqında yazılanlar

Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011. Almaz ÜLVİ. Qəşəm Aslan — fitrətən fazil şəxsiyyət, gözəl publisist, düşündürücü yazıçı // "Bütöv Azərbaycan" qəzeti, 1 – 7 may 2013, səh. 1, 2 və 13.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Jurnalistlər İttifaqının üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri