Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı
Tarixi Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s.
Səbəbləri Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər
Əlamətləri Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2–3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s.
İstinadlar
Mənbə Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson. Current Status of Indications for Surgery in Peptic Ulcer Disease. World J. Surg. 24, 256–258, 2000
Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Kəskin ağrı