Qreqori Pek (; ) — ABŞ aktyoru. Pek 1940–1960-cı illərdə Hollivudun ən çox tələb olunan aktyorlarından biri olmuşdur. O, "Bülbülü öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı laureatı (1962).
Həyatı Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idiFreedland, Michael. Gregory Peck: A Biography. New York: William Morrow and Company. 1980. ISBN 0-688-03619-8 p.10United States Census records for La Jolla, California 1910. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis)United States Census records for St. Louis, Missouri — 1860, 1870, 1880, 1900, 1910. Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır.
Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi. Universitetdə oxuduğu illərdə Pek ədəbiyyat və aktyorluq sənəti ilə xüsusi maraqlanır və hətta universitet teatrına üz tutur. 1939-cu ildə Qreqori Pek bakalavr dərəcəsi alır və bir dəfə aktyorluq həvəsi onda baş qaldırır. Bu zaman Qreqori Nyu-Yorka getməli olur.
Ciddi şikəstlik onu İkinci dünya müharibəsində xidmət etməkdən azad edir. Elə bu zaman onun bəxti gətirir və təqaüd almağa başlayır. 2 teatr mövsümündən sonra Pek Brodveyə doğru irəliləməyə nail olur. Brodvey teatrlarının səhnələrində onun ifa etdiyi hər üç tamaşa teatr tənqidçiləri və izləyiciləri tərəfindən müsbət qarşılanır. Pekin sorağı Hollivuda da gedib çatır. 1944-cü ildə Qreqori Pekə "Şöhrət günləri" filmində rus partizanı rolunu ifa etməyi həvalə edirlər Days of Glory on IMDB.
Elə həmin ildə də (1944) "Şahlığın açarı" filmində çəkilir. Bu filmdə rol alması Qreqori Pekə ulduz statusu və ilk "Oskar" qazandırır. Həmin müharibə illəri zamanı Hollivudda bir növ aktyor qıtlığı yaranmışdı. Səbəb bütün məşhur aktyorların cəbhəyə yollanması idi. Buna görə də Qreqori Pek rejissorlar tərəfindən "əldən buraxılmayan tapıntı" kimi aramsız olaraq müxtəlif filmlərə dəvət alırdı.
50 illik aktyorluq fəaliyyəti zamanı Pek 50-dən artıq filmdə çəkilməyə nail oldu. Onu dəfələrlə "Oskar"a namizəd seçsələr də, yalnız bir dəfə – "Bülbülü öldürmək" filmində ifa etdiyi vəkil roluna görə bu mükafatı qazana bilir. Bu film 1962-ci ildə ekranlara çıxmışdı.
Nüfuzlu aktyor olmasına baxmayaraq, 1947-ci ildə Pek öz vətənində Mel Ferrerlə birgə əsasını qoyduğu kiçik "Pleyhauz" teatrında işləməyə razı olmuşdu. Ömrünün sonlarına yaxın bir nəfərin şousu ilə ("Qreqori Peklə söhbətlər") bütün Amerikanı gəzir. Burada o, özü haqqında danışır və dinləyicilərin verdiyi ayrı-ayrı sualları cavablandırırdı.
Qreqori Pek 12 iyun 2003-cü ildə 87 yaşında Los-Ancelesdə ürək çatışmazlığı və bronxial pnevmoniya diaqnozu ilə vəfat etmişdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1944 Şöhrət günləri Days of Glory Vladimir1945 Şahlığın açarları Keys of the Kingdom Frensis Çizholm1945 Ovsunlanmış Spellbound Con Bellantayn1946 Maral balası Yearling Ezra "Penni" Bekster1946 Günəş altında duel Duel in the Sun Lüton Makkenles1947 Centlmensayağı razılaşma Gentleman’s Agreement Filip Şöyler Qrin1947 Makomber işi The Macomber Affair Robert Vilson1948 Sarı səma Yellow Sky Ceyms "Striç" Douson1949 Şaquli uçuş Twelve O’Clock High Frenk Sevic1949 Böyük günahkar Great Sinner Fyodor1950 Atıcı Gunfighter Cimmi Rinqo1951 Kapitan Horasio Captain Horatio Hornblower R.N. kapitan Horasio Hornblouer1951 David və Virsaviya David and Bathsheba Çar David1952 Kilimancaronun qarları Snows of Kilimanjaro Harri Strit1953 Roma tətilləri Roman Holidays Co Bredli1954 Milyon funt sterlinq dəyərində bank bileti The Million Pound Note Henri Adams1954 Gecə adamları Night People polkovnik Stiv Van Dayk1954 Bənövşəyi düzənlik Purple Plain Bill1956 Mobi Dik Moby Dick kapitan Ahab1957 Qadını yaradarkən Designing Woman Mayk1958 Bravados Bravados Cim Duqlass1958 Böyük ölkə Big Country Ceyms Makkey1959 Sevimli bütpərəst Beloved Infidel Skott1959 Sahildə On the Beach DVayt Layonel1961 Navaron adasının topları Guns of Navarone kapitan Kit Mellori1962 Qorxu burnu Cape Fear Sem Bouden1962 Bülbülü öldürmək To Kill a Mockingbird Attikus Finç1963 Kapitan Nyumen Captain Newman, M.D. kapitan Cozef Nyumen1965 Xəyal Mirage Devid Stiluell1966 Arabesk Arabesque professor Devid Pollok1968 Ayın izi ilə Stalking Moon Sem Vorner1969 Makkennanın qızılı Mackenna's Gold Makkenna1969 Sədr Chairman Con Hetuey1969 İtirilmişlər Marooned Çarlz Keyt1976 Nişanə Omen səfir Robert Torn1977 Mak Artur MacArthur general Duqlas Makartur1978 Braziliyadan olan oğlanlar Boys from Brazil Yozef Mengele1980 Dəniz canavarları Sea Wolves Lüis1982 Mavi və boz Blue and the Gray Avraam Linkoln1983 Qırmızı və qara Scarlet and the Black Hyu O’Flerti1987 Təəccübedici Qreys və Çak Amazing Grace and Chuck prezident1991 Başqalarının pulları Other People's Money Endrü Yorgenson1991 Qorxu burnu Cape Fear vəkil Li Heller1998 Mobi Dik Moby Dick vaiz
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Fəxri "Oskar" mükafatı laureatları Kateqoriya:Kaliforniyada doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:San-Dieqo Ştat Universitetinin məzunları Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Sesil B. De Mill mükafatı laureatları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ televiziya aktyorları