Vəliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması Bu soyun ulu babası Bayramxan bəy Baharlıdır. XVIII əsrin ortalarında Qarabağda yaşamışdı. Bayramxan bəyin Vəli bəy adlı oğlu vardı.
Vəli bəy Qarabağın Kəbirli mahalının Baharlı obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, İbrahimxəlil xanın divanında vəzir vəzifəsində çalışmışdı.
Mirzə Vəli bəyin törəmələri Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşıyırdılar.
Mirzə Vəli bəyin İmamverdi bəy, Həşim bəy, İbrahim bəy, Həsənəli bəy adlı oğulları vardı.
Soyun məşhur nümayəndələri Mirzə Məmmədhəsən bəy Vəliyev — quberniya katibi, məmur, aktyor Əbülfət Vəlinin, şair Nəcəfqulu bəy Şeydanin ataları. Məhəmmədəli bəy Vəlizadə (Məxfi) — azərbaycanlı şair, titulyar müşavir, baharlı tayfasının nümayəndəsi, Məşədi Əsədulla bəy Vəliyevin oğlu. Abdulla bəy Vəlizadə — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. Məşədi Abdulla bəy Abış Nəcəfqulu bəy Vəliyev (Şeyda) — azərbaycanlı şair. Əbülfət bəy Vəli — azərbaycanlı aktyor. Məhəmmədhəsən bəy Vəlili-Baharlı — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı. Cabbar bəy Vəlibəyov — pedaqoq. Sulduz Rüstəmov — tarixçi, Mirzə Vəli bəy Baharlının nəslindəndir. Zakir Məmmədov — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Xostan Vəliyev — coğrafiya elmləri doktoru, professor. Zahid Məmmədov — coğrafiya elmləri doktoru, professor. Məhəmməd Baharlı — nasir, publisist.
Şəkillər
Mənbə "Qarabağnamələr" (Tərtib edəni və çapa hazırlayanı tarix elmləri namizədi Akif Fərzəliyev) I kitab, Yazıçı, 1989. "Qarabağnamələr" (Tərtib edəni və çapa hazırlayanı professor Nazim Axundov) II kitab, Yazıçı, 1991. Ənvər Çingizoğlu. Baharlı oymağı. "Soy" dərgisi, 6 (14) 2008, səh. 22–79 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.I kitab. Bakı, 2013 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı).II kitab. Bakı, 2013 Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015 Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015 Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015 Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014 Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 1–7 avqust, 2012-ci il, №26(158) Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy Baharlı. "Qarabağ" qəzeti, 28 dekabr, 2012, №39–40 (539–540)
Həmçinin bax Baharlı oymağı Ağdam rayonunun I Baharlı kəndi Zəngilan rayonunun Baharlı kəndi
ru:Велиев