Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır.
Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var.
Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür.
Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Mənbə Карты Кольского полуострова Сказочный Мурман Минералы Кольского полуострова Kateqoriya:Murmansk vilayətinin yarımadaları Kateqoriya:Barens dənizinin yarımadaları