Kallisto (, ) — qədim yunan mifologiyasının qəhrəmanı. Barəsindəki miflərin ən geniş yayılmış versiyasına görə Qədim Yunanıstanın Arkadiya vilayətinin çarı Likaonun qızıdır. Kallisto Yunan mifologiyasında ovçuluq, təbiət və doğum ilahəsi olan Artemidanın ardıcıllarından biri olmuşdur. Baş tanrı Zevs onu görərək aşiq olmuş və Artemidanın cildinə girərək Kallisto ilə yatmışdır. Artemida Kallistonun hamilə olduğunu görəndə qəzəblənərək onu ayıya çevirdi. Kallistonun Zevsdən Arkad adlı oğlu oldu. Böyümüş Arkad ov zamanı anasını ayı surətində gördü və onu oxla öldürmək istədi. Zevs keçmiş sevgilisinin ölümünə imkan vermədi və onu ulduzlu səmada Böyük Ayı bürcü kimi yerləşdirdi.Hyginus, Fabulae 155
Antikşünaslar bu mifdə Arkadiyada Kallisto ilahəsi kultunun mövcudluğuna dair sübut görürlər, bu kult sonradan ümumyunan Artemida kultu ilə əvəz olunmuşdur.
Yupiterin dördüncü peyki və "204 Kallisto" asteroidi Kallistonun adını daşıyır.
Həmçinin bax
Kateqoriya:Nimfalar Kateqoriya:Böyük Ayı bürcü Kateqoriya:Mifologiyada təcavüz qurbanları Kateqoriya:Qadın adları Kateqoriya:Qədim yunan mifologiyasında qadın Kateqoriya:Zevsin ölümlü arvadları Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Yunan qadın adları