Sulavesi () — İndoneziyaya məxsus olan 4 böyük adadan biridir. Sahəsi 174 600 km², əhalisinin sayı isə 16 475 600 nəfərdir (2007). Sahəsinə görə dünyanın 11-ci ən böyük adasıdır. Böyük Zond adalarına daxildir. Sulavesi, Banda dənizləri və Makassar boğazı arasında yerləşir. Adanın ən böyük şəhəri Makasardır.
Kateqoriya:İndoneziya adaları Kateqoriya:Yava dənizi adaları