Paşa Qurban oğlu Təhməzov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində Paşa Təhməzov qəhrəmancasına həlak olur.

Ailəsi Ailəli idi bir övladı qalıb Xatirəsi ● Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

● Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

● Lənkəran şəhərində küçələrdən biri Paşa Təhməzovun adını daşıyır.

● Lənkəran şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

● Lənkəran şəhərinin "23-Avqust" meydanında büstü qoyulub.

● Bakı şəhərinin Lökbatan qəsəbəsində Paşa Təhməzovun adını daşıyan park mövcuddur.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 275.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Lənkəranda doğulanlar Kateqoriya:Lənkəranda vəfat edənlər Kateqoriya:Lənkəranda dəfn olunanlar Kateqoriya:Lənkəran Şəhidlər Xiyabanında dəfn olunanlar Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar