Zabit Adil oğlu Quliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı,

Həyatı 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb.

Döyüşlərdə iştirakı Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir. Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib.

Ailəsi Ailəlidir, bir övladı var.

Mükafatları Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" Bakı: "Dərələyəz-M", 2010, səh. 176.

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları